"Artıq 10 dəfə demişəm ki, bizimlə eyni səviyyədə olan Azərbaycana qarşı oynamaq ekzotika deyil"

Bolqarıstan yığmasının baş məşqçisi İlian İliyev FİFA seriyalı mini-turnirdə Tanzaniya (22 mart) və Azərbaycan (25 mart) milli komandalarına qarşı Bakıda keçiriləcək oyunlarla bağlı fikirlərini bölüşüb.

Presssport.az xəbər verir ki,  bolqar mütəxəssis millimizıə eyni səviyyədə olduqlarını hesab edir:

“Artıq 10 dəfə demişəm ki, bizimlə eyni səviyyədə olan Azərbaycana qarşı oynamaq ekzotika deyil. Tanzaniya Afrika Millətlər Kubokunun iştirakçısı olub. Zəif komandalarla oyunlar üçün səfərə çıxdığımız illüziyası yaratmağa ehtiyac yoxdu. Səviyyəmizdən aşağı olan komandalara qarşı oynayacağımızı düşünərək oyunlara çıxmamalıyıq”.

İliyevin sözlərinə görə, əvvəlki matçlardan daha yaxşı oyun görmək istəyirlər: “Aydındı ki, Millətlər Liqasına hazırlaşırıq. Burdakı komandalar təxminən eyni səviyyədədi. İyunda bizdən daha yaxşı komandalarla (Rumıniya və Sloveniya yığmaları-red.) matçlarımız olacaq. Çünki onlar Avropa çempionatında oynayacaqlar. Bizə güclü komandalara qarşı oynamaq təklifləri var idi. Lakin Fransa və İngiltərə ilə matçlarda müdafiə olunacaqdıq, topa nəzarət etməyəcəkdik. Bizimlə eyni səviyyədə olan komandalarla oynamaq xoşdu”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC