"Neftçi" - "Spartak" matçı baş tutmayacaq!

“Neftçi” ilə “Spartak” arasında keçirilməsi nəzərdə tutulan bugünkü yoldaşlıq görüşü ləğv olunub.

Presssport.az xəbər verir ki, bu gün keçirilməli olan matç Rusiya klubunun xahişi ilə ləğv olunub.

Buna səbəb Moskvada dünən baş vermiş terror aktı və akt nəticəsində çox sayda insanın həlak olmasıdı: “Neftçi” PFK olaraq baş vermiş hadisəyə görə kədərləndiyimizi bildirir, başsağlığı veririk".

Klubdan bildirilib ki, oyun üçün alınmış biletlər qaytarılacaq.

Xatırladaq ki, "Neftçi" və "Spartak" arasında yoldaşlıq matçı saat 18:00-da “Neftçi Arena”da keçirilməli idi. 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC