"Azərbaycanla matç daha çətin olacaq" - bolqar hücumçu

Bolqarıstan milli komandası "FIFA series-Edition 2024" layihəsi çərçivəsində Tanzaniyanı 1:0 hesabı ilə məğlub edib.

Presssport.az xəbər verir ki, yığmanın futbolçusu Martin Minçev turnirdə növbəti rəqibləri olan Azərbaycan seçməsi haqda fikirlərini bölüşüb. 23 yaşlı hücumçunun fikrincə, millimizlə oyunda işləri daha çətin olacaq: "Tanzaniya ilə görüşdə vacib qələbə qazandıq. İlk hissədə qol vursaydıq, hesab fərqli olardı. Daha yaxşı komandalarla oynayanda diqqət daha yaxşı olur. Uzun müddət sonra qələbə vacib idi. Qarşıda növbəti oyun var. Azərbaycanla matç daha çətin olacaq".

Xatırladaq ki, Azərbaycan - Bolqarıstan qarşılaşması martın 25-də saat 20:00-da baş tutacaq.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC