AVF daha bir layihəyə start verir

Azərbaycan Voleybol Federasiyası (AVF) məşqçilərin inkişafı istiqamətində daha bir layihəyə start verir.
Presssport.az xəbər verir ki, federasiya bu dəfə “Aşağı yaş qrupu məşqçilərinin inkişaf” seminarını təşkil edir.
Davamlı olaraq keçiriləcək seminar ilk dəfə martın 28-də və 29-da Gəncə şəhərində baş tutacaq. Burada Bakıda və bölgələrdə fəaliyyət göstərən 40-a yaxın məşqçi-müəllim iştirak edəcək. Seminar nəzəri və praktik dərslərdən ibarət olacaq. Dərslər FİVB-nin məşqçi-instruktoru, “AZERRAIL”in baş məşqçisi Cengiz Akarçeşme, yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma tərəfindən keçiriləcək.
Seminarda iştirak edəcək hər bir mütəxəssisə iştirakçı sertifikatı veriləcək. Bu seminarı başa vuracaq məşqçilər AVF-nin keçirəcəyi Level kateqoriyalı seminarlarda iştirak hüququ qazanacaqlar.
 

 

 

 

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC