"Kəpəz-2" Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə cərimələndi

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Presssport.az xəbər verir ki, qurum üzvləri Əvəzedicilər liqasıyla bağlı aşağıdakı qərarları qəbul edib:

30.03.2024-cü il tarixində Əvəzedicilər liqasında XXVIII turun “Qəbələ-2” – “Neftçi-2” oyununun 87-ci dəqiqəsində “Qəbələ-2” komandasının 71 nömrəli futbolçusu Sənan Ağalarov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Qəbələ-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);

30.03.2024-cü il tarixində Əvəzedicilər liqasında XXVIII turun “Qəbələ-2” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi-2” komandası 70 manat cərimə edilir (maddə 37);

30.03.2024-cü il tarixində Əvəzedicilər liqasında XXVIII turun “Kəpəz-2” – “Qarabağ-2” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Kəpəz-2” komandası 100 manat cərimə edilir (maddə 72.4);

31.03.2024-cü il tarixində Əvəzedicilər liqasında XXVIII turun “Səbail-2” – “Turan Tovuz-2” oyununun 45+1-ci dəqiqəsində “Turan Tovuz-2” komandasının 55 nömrəli futbolçusu Raul Məmmədov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Turan Tovuz-2” komandası 50 manat cərimə edilir (maddə 36.5).

31.03.2024-cü il tarixində Əvəzedicilər liqasında XXVIII turun “Səbail-2” – “Turan Tovuz-2” oyununda “Səbail-2” komandası matçın ilkin protokolunu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə “Səbail-2” komandası 100 manat cərimə edilir (maddə 91);

01.04.2024-cü il tarixində Əvəzedicilər liqasında XXVIII turun “Sumqayıt-2” – “Araz-Naxçıvan-2” oyununun 4-cü dəqiqəsində “Araz-Naxçıvan-2” komandasının 1 nömrəli futbolçusu Vüsal Şabanov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Araz-Naxçıvan-2” komandası 80 manat cərimə edilir (maddə 41).

Onu da bildirık ki, İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC