Mutu ÇFR-də 3 aylıq baş məşqçi oldu

Adrian Mutu ÇFR-in baş məşqçisi vəzifəsindən istefa verib.

Presssport.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 

Bildirilib ki, 45 yaşlı mütəxəssis dünən komandanın Rumıniya kubokunda "Korvinul Hunedoara"ya 0:4 hesablı məğlubiyyətindən sonra istefa ərizəsini rəhbərliyə təqdim edib. Onun istefa ərizəsi bu gün qəbul olunub.

Qeyd edək ki, "Neftçi"nin sabiq çalışdırıcısı olan Mutu bu ilin yanvarında ÇFR-ə baş məşqçi təyin edilmişdi. Kluj təmsilçisi rumıniyalı mütəxəssinin rəhbərliyi altında 11 oyunun 5-də qələbə qazanıb, 3-də heç-heçə edib, 3-də isə məğlub olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC