Nikolov Rövnəq Abdullayevdən yazdı: "AFFA-nın prezidenti seçiləndə, bu qərardan o qədər razı deyildim"

“İnter”in (indiki “Şamaxı”) sabiq prezidenti Georgi Nikolov AFFA rəhbərliyində baş verən dəyişikliyə münasibət bildirib.

Presssport.az xəbər verir ki, “Facebook” şəxsi səhifəsində paylaşım edən bolqarıstanlı funksioner Rövnəq Abdullayevin 16 illik prezidentlik dövründən yazıb: "Peşəkar yolumun çox hissəsi bu fotoda yanımda dayanan insanla bağlıdır. O, AFFA-nın prezidenti seçiləndə, bu qərardan o qədər razı deyildim. Sonra anladım ki, öz hökmümdə yanılmışam...Rövnəq Abdullayevin adı Azərbaycanda futbolunda yaxşı inkişaf dövrü ilə bağlıdır. Onun bütün ürəkdən alqışladığım uğurlu qərarlarını sadalamayacam. Necə ki, onun idarəçiliyində olan nöqsanları, şiddətlə tənqid etmişdim. Heç kim mükəmməl deyil. Və bir gün estafeti öz davamçılarımıza ötürəcəyik. Əsas odur ki, iz buraxaq. Cənab Abdullayevin çatdırdıqları heyrətamizdi. Şadam ki, onu tanıdım və missiyasına bacardığım qədər kömək etdim".


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC