Azərbaycan milli çempionatında son 20 ildə ilk dəfə

“Kəpəz” Misli Premyer Liqasının 2024/25 mövsümünə 7 məğlubiyyətlə başlayıb.

Presssport.az xəbər verir ki, bu, son 20 ildə ilk belə hadisədi.

Startda ardıcıl 7 məğlubiyyət alan sonuncu komanda “Şəfa” idi. Bakı klubu 2004/05 mövsümündə bu qədər görüşdə xal qazanmayıb.

Azərbaycan çempionatları tarixində ümumilikdə 6-cı dəfə bir komanda mövsümün ilk 7 oyununu xalsız başa vurub. “Şəfa” və “Kəpəz”dən əvvəl Kürdəmir “Şirvan”ı 1992, Sumqayıt “Xəzər”i 1994/95, “Şəmkir” 1996/97, Quba “Şahdağ”ı 2000/01 mövsümümdə belə uğursuzluq yaşayıb.

Xatırladaq ki, “Kəpəz” 7-ci məğlubiyyətini “Şamaxı” ilə matçda alıb - 0:2.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC