“Neftçi” tarixinin antirekorduna imza atıb

“Neftçi” tarixinin antirekorduna imza atıb.

Presssport.az xəbər verir ki, Bakı klubu Azərbaycan çempionatlarında startda ən uzun qələbəsiz seriyasını rəsmiləşdirib.

Bu, Misli Premyer Liqasının cari mövsümündə gerçəkləşib. VII turda “Qarabağ”a 0:4 hesabı ilə uduzan Roman Qriqorçukun komandası startdakı 7 oyunda qələbə qazanmayıb.

“Ağ-qaralar”ın bunadək mövsümün əvvəlindəki ən uzun qələbəsiz seriyası 2017/18 mövsümünə təsadüf edib. Həmin vaxt ardıcıl 6 start oyununda qalib gəlməyən paytaxt təmsilçisi seriyasını 7-ci cəhddə qırıb.

Xatırladaq ki, “Neftçi” 7 turdan sonra 4 xal toplayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC