Bakıdakı Avropa Olimpiya Təsnifat turnirinə qələbə ilə başladıq

Azərbaycanın yunan-Roma güləşçisi Beka Kandelaki Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində mübarizəyə başlayıb.

Presssport.az xəbər verir ki, 130 kq çəki dərəcəsində yer alan idmançımız təsnifat mərhələsində norveçli Avropa və dünya çempionatının bürünc medalçısı Oskar Marviklə (130 kq) üz-üzə gəlib.

Rəqibinə inamla qalib gələn (9:1) Kandelaki 1/8 finala yüksəlib.

Xatırladaq ki, bu gün həmçinin Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) və Murad Əhmədiyev (97 kq) 1/8 finaldan yarışa qoşulacaqlar. Hər çəkidə finala yüksələcək iki güləşçi Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC