Basketbol üzrə 3x3 qadın millimiz beynəlxalq turnirdə 2-ci oldu

Bu gün Tailandın Muanq Patum Tani şəhərində 3x3 basketbol üzrə beynəlxalq turnirin həlledici mərhələsi baş tutub.
Presssport.az xəbər verir ki, "Paris 2024"ün təsnifat oyunlarına hazırlıq məqsədi daşıyan beynəlxalq turnirdə 3x3 qadın millimiz "B" qrupundan çıxaraq, turnirin 1/4 final mərhələsinə yüksəlib.
Yığma bu mərhələdə "Sriracha Eagle" (Tayland) klubuna 21:11 hesabı ilə qalib gələrək adını yarımfinala yazdırıb. Millimiz yarımfinalda Polşanın "Lotto" klubu üzərində 17:16 hesabılı qələbəyə sevinib.
Finalda güclü "Zoos" (Almaniya) klubuna qarşı gərgin oyunun yekununda 17:15 hesabı ilə məğlub olan 3x3 qadın millimiz beynəlxalq turniri 2-ci pillədə tamamlayıb

 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC