Messi Paris Olimpiadasında iştirak edə bilər

Argentina millisinin və "İnter Mayami"nin futbolçusu Lionel Messi bu il Paris Yay Olimpiya Oyunlarında iştirak edə bilər.
Presssport.az xəbər verir ki, U-23 yığmasının baş məşqçisi Xavyer Maskerano 37 yaşlı Messi ilə yanaşı, “Aston Villa”nın qapıçısı Emiliano Martinez və “Benfika”nın mərkəz müdafiəçisi Nikolas Otamendini komandaya cəlb etmək niyyətindədi. 

Qaydaya görə, 23 yaşından yuxarı 3 futbolçu Olimpiadada oynaya bilər. Paris-2024 iiyulun 26-dan avqustun 11-dək keçiriləcək. 
Onu da bildirək ki, Maskerano futbolu karyerası dövründə Messiylə həm yığmada, həm də “Barselona”da komanda yoldaşı olub. Lionel 16 il əvvəl Pekin Olimpiadasında çempion olub. 

 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC