Millimiz Avropa çempionatına qollu heç-heçəylə başladı

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində B Liqasının 1-ci qrupunda ilk oyununu keçirib.

Presssport.az verir ki, millimiz Macarıstanın Szeged şəhərindəki "Szent Gellert Forum" stadionunda bu ölkənin yığmaısyla qarşılaşıb. 

Oyun 1:1 hesabı ilə başa çatıb. Komandamızın bərabərlik qolunu 74-cü dəqiqədə kapitanı olan hücumçu Sevinc Cəfərzadə vurub.

Xatırladaq ki, milli komandamız turnirdə növbəti oyununu aprelin 9-da saat 16:00-da "Dalğa Arena"da İsveçrə yığmasına qarşı keçirəcək.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC