Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verilib

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verilib.

Presssport.az Azərbaycan Tennis Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, “Şüa” İdman Kompleksində keçirilən yarışa respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən idmançılar qatılıblar. Stolüstü tennisçilər 4 gün davam edəcək çempionatda komanda, şəxsi, qoşa və qarışıq-qoşa növlərində mübarizə aparacaqlar.

Çempionatın ilk günündə komanda yarışlarının qalibləri müəyyənləşib. Kişilərin mübarizəsi “Bakı-1” kollektivinin qələbəsi ilə yekunlaşıb. “Bakı-3” ikinci, “Bakı-2” və “Şabran” komandaları üçüncü yeri tutublar.

Qadınların yarışında “Sumqayıt-1” qalib olub. “Bakı-1” ikinci, “Bakı-2” ilə “Sumqayıt-2” komandaları üçüncü pillədə qərarlaşıblar.

Qeyd edək ki, ölkə çempionatında fərqlənən idmançılara Gənclər və İdman Nazirliyinin medal və diplomları, həmçinin Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunacaq. Yarışa aprelin 8-də yekun vurulacaq.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC