Millimiz bolqarlara uduzdu

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. 

Presssport.az xəbər verir ki, millimiz B Liqasının 4-cü qrupunda Latviyanın Salaspils şəhərindəki "Salaspils BSS" stadionunda Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Oyun yığmamızın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan milli komandası qrupda son oyununu aprelin 9-da, saat 16:00-da "LNK Sporta Parks" stadionunda Latviya yığmasına qarşı keçirəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC