"Neftçi" evdə 2 xal itirdi, 2-ci pilləni "Zirə"yə verdi

Bu gün Premyer Liqada XXIX tura yekun vurulub.

Presssport.az xəbər verir ki, bağlanış matçı “Neftçi Arena”"da olub.

Turun mərkəzi oyunda komandalar hərəyə 1 qol vuraraq 1 xal aktivinə yazıb. “Neftçi” avtoqol erkən qol buraxaraq sona 20 dəqiqə qalmış kapitanı Emin Mahmudovun qoluyla məğlubiyyətdən xilas olub.

Bu 2 xal itkisiylə “Neftçi” turnir cədvəlində 2-ci pilləni “Zirə”yə təhvil verərək 3-cü yerə düşüb.

7 aprel (bazar)

"Neftçi" – "Sumqayıt" 1:1 

Qol: Emin Mahmudov, 73 - Yuri Matias, 13-öz qapısına.

Neftçi: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 99. Ervin Koffi, 44. Yuri Matias, 11. Kilan Lebon, 88. Brayan Moreno, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 95. Rəvan Kazımov, 2. Qara Qarayev, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 91. Ağadadaş Salyanski, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 9. Andre Şinyaşiki.
Baş məşqçi: Miodraq Bojoviç.
Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kazimir Ninqa, 12. Abu Dosso, 4. İsa Suliman, 23. Cordan Rezabala.
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 10. Kamran Əliyev, 9. Erik Sorqa, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
"Neftçi Arena"

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC