"Zirə" Premyer Liqada buna Rəşad Sadıqovla nail oldu

“Zirə” Azərbaycan çempionatlarının yüksək dəstəsində ən böyükhesablı ev qələbəsini qazanıb.

Presssport.az xəbər verir ki, Rəşad Sadıqovun komandası buna Premyer Liqanın XXIX turunda nail olub. Bakı klubu öz meydanında “Qəbələ”ni 4:0 hesabı ilə məğlub edib. 

Zirənin eyniadlı təmsilçisi bunadək evdə ən böyük fərqlə - üç top üstünlüyü ilə qalib gəlib. Buna üç dəfə təsadüf olunub.

“Zirə” tarixinin Premyer Liqadakı ən böyükhesablı qələbəsini də təkrarlayıb. 2015/16 mövsümündə “Rəvan”ın qapısından 4 cavabsız top keçirən qəsəbə klubu yenə eyni hesabla qalib gəlib. 2016-cı il aprelin 10-da baş tutan həmin qarşılaşmanı “Zirə” səfərdə keçirib.

 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC