Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb. Presssport.az qurumun saytına istinadən xəbər verir ki, 702 komandadan ibarət 2023-cü ilin yekun siyahısına Azərbaycanın yenə 3 təmsilçisi düşüb.
Ötən ay 84-cü yerdə qərarlaşan “Qarabağ” 73-cü pilləyə yüksəlib. Ağdam təmsilçisinin hesabında 145,5 xal var.
“Neftçi” və “Sabah” isə geriləyib. Belə ki, “Neftçi” (53,75 xal) 378-ci yerdən 469-cu pilləyə enib. “Sabah” isə (55,5 xal) 391-ciliyi 436-cı pilləyə dəyişib.
Onu da bildirək ki, dünya reytinqinə “Mançester Siti” (359 xal) başçılıq edir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC