Şeydayev də sevindi, "Kocaelispor" da - Türkiyədə ilk qolu oldu

Türkiyə I Liqasında XXX turun oyunları keçirilir.

Presssport.az xəbər verir ki, millimizin futbolçusu Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" evdə  "Girəsunspor"la üz-üzə gəlib. 

Matçda meydan sahibləri 2:0 hesablı qələbə qazanıb.

Ramil bu oyunda meydana start heyətdə çıxaraq 79-cu dəqiqədə əvəzlənib. 28 yaşlı hücumçumuz fərqlənməyi də bacarıb. Belə ki, o, 8-ci dəqiqədə hesabı açıb. 

Bu, Şeydayevin Türkiyədə ilk qolu olub. Hazırda 52 xalı olan "Kocaelispor" turnir cədvəlində 4-cüdü.

Xatırladaq ki, Ramil bu qış fasiləsində Türkiyə təmsilçisinə keçib.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC