Abasov "Barselona"nın məşqlərini izləyib - Xaviylə də görüşəcək

İspaniyada səfərdə olan “Sumqayıt”ın baş məşqçisi Samir Abasovun "Barselona"nın "sükanı arxasında" olan Xavi Ernandeslə görüşü nəzərdə tutulub.

Presssport.az xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

46 yaşlı PRO kateqoriyalı mütəxəssisin hazırda sözügedən ölkədə təcrübədə olduğu bildirilib. 

Bir neçə gün öncə Madridə yollanan Abasov əvvəlcə burada "Real" və “Barselona” arasında baş tutan oyunu izləyib.

Növbəti gün Barselonaya yola düşən baş məşqçi burada bir həftəlik təcrübə keçəcək. “Barselona”nın məşqlərini izləyən çalışdırıcı Kataloniya təmsilçisinin məşqçisi Oskar Ernandes və bir sıra digər yerli mütəxəssislərlə bir araya gəlib, fikir mübadiləsi aparıb.

Onu da bildirək ki, səfərdə Abasovu klubun ispaniyalı fiziki hazırlıq üzrə məşqçisi Jerar Martines müşayiət edir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC