Zubir Fransa Liqa 1-nin hədəfində

"Qarabağ"ın futbolçusu Abdullah Zubir Fransa Liqa 1-nin bir neçə təmsilçisinin maraq dairəsindədi.

Presssport.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

33 yaşlı fransalı sol cinah yarımmüdafiəçi ilə maraqlananlar arasında "Tuluza"nın da olduğu bildirilib. Qeyd olunub ki, Zubiri transfer etmək uğrunda mübarizə çətin olacaq. Çünki fransalı futbolçunu Şotlandiyanın “Seltik”, Almaniyanın “Auqsburq”u və Səudiyyə Ərəbistanının "Ər-Riyad" klubları da heyətlərinə qatmaq istəyir.

Xatırladaq ki, Abdullah 2018-ci ildən "Qarabağ"ın futbolçusudu. Onun Ağdam təmsilçisi ilə müqaviləsi bu ilin iyununda başa çatır.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC