Avropa çempionatının gümüş mükafatçısı olan cüdoçumuz: "Çalışacam ki, mundialda medalı qızılla əvəzləyim"

"Çalışacağam ki, dünya çempionatında qızıl medal qazanım". 

Presssport.az xəbər verir ki, bu sözləri Xorvatiyanın Zaqreb şəhərində keçirilən cüdo üzrə Avropa çempionatında gümüş medal qazanan Balabəy Ağayev (60 kq) deyib.

Federasiyanın mətbuat xidmətinə danışan idmançı yarışa yaxşı hazırlaşdığını söyləyib: “Hədəfim fəxri kürsünün ən yüksək pilləsində yer almaq idi. Lakin gümüş medalla kifayətləndim, buna da şükürlər olsun. Qarşıda bizi dünya çempionatı gözləyir. Çalışacam ki, dünya çempionatında medalı qızılla əvəzlləyim. Avropa, dünya çempionatlarında, Olimpiadalarda zəif rəqiblər olmur. Hərəsinin bir çətinliyi var. Bakıya qayıdıb mundiala hazırlaşacağıq”.

Xatırladaq ki, Balabəy Avropa çempionatının finalında Fransisko Qarriqosa (İspaniya) uduzub.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC