Renat Dadaşov qələbədə iştirak etdi və cəzalandı

Türkiyə I Liqasında VI turun oyunları keçirilir.

Presssport.az xəbər verir ki, millimizin futbolçusu Renat Dadaşovun çıxış etdiyi “Ankaragücü” evdə “Sakaryaspor”la qarşılaşıb.

Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Meydana start heyətdə çıxan Dadaşov 60-cı dəqiqədə əvəzlənib. O, 45+4-cü dəqiqədə sarı vərəqə alıb.

“Ankaragücü” hazırda 9 xalla 8-ci pillədə qərarlaşıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC