Gimnastlarımız Portuqaliyada 3-cü qızıl medalı əldə edib

Azərbaycan gimnastları Raziyə Seyidli və Ağasif Rəhimov da Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında qızıl medal qazanıb.

Presssport.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qarışıq cütlük balans hərəkətlərində bütün rəqiblərini üstələyib.

Bu,bPortuqaliyadakı turnirdə çıxış edən Azərbaycan gimnastlarının ümumilikdə 3-cü qızıl medalı olub. Buna qədər kişi cütlük Murad Rəfiyev və Daniel Abbasov həm balans, həm də qarışıq hərəkətlərdə dünya çempionu olmuşdu.

Onu da bildirək ki, sentyabrın 19-da startı verilən yarış bu gün başa çatacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC