"Ötən turlar göstərdi ki, bu mövsüm də asan olmayacaq, kifayət qədər rəqibimiz var, ona görə də..." ,- "Qarabağ"ın futbolçusu

“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev Misli Premyer Liqasının 7-ci turunun “Neftçi”yə qarşı keçirdikləri oyunu (4:0) şərh edib.

Presssport.az xəbə veri ki, Cəfərquliyev komandasının qələbəsi barədə bunları deyib:

“Neftçi”yə qarşı matçlar həmişə gərgin keçib. Dörd qol vurmağı bacardıq. Düşünürəm ki, qələbəyə layiq idik. Turnir baxımından vacib olan üç xal idi. Ötən turlar göstərdi ki, bu mövsüm də asan olmayacaq. Bizim kifayət qədər rəqibimiz var, ona görə də hər matça mümkün qədər ciddi yanaşmalıyıq. Mövsüm uzun və çətin olacaq, ona görə də diqqətimizi itirməyək” (sportal.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC