Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb

Həndbol üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb.

Presssport.az xəbər verir ki, bu barədə Azərbaycan Həndbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Kişilər arasında yarışda çempionluq uğrunda mübarizəni davam etdirən “Bakı” XVIII turda iddialı “Azəryol”u qəbul edəcək. Komandalar aprelin 27-də saat 14:00-da “AHF Arena”da üz-üzə gələcəklər.

Lider “Kür” isə "Qarabağ”la münasibətləri aydınlaşdıracaq. Aprelin 28-də “Kür” Olimpiya İdman-Tədris Mərkəzində keçiriləcək matç saat 12:00-da başlayacaq.

Qadın həndbolçular arasında ölkə çempionatında isə XV turun görüşləri baş tutacaq. Yarışın favoritləri sayılan “Azəryol” və “Qarabağ” aprelin 27-də saat 12:00-da görüşəcək. Bu qarşılaşma “AHF Arena”da baş tutacaq.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC