4 kluba texniki məğlubiyyət verildi - 1-i isə yarışlardan kənarlaşdırıldı

AFFA İntizam Komitəsi 4 kluba texniki məğlubiyyət verib.

Presssport.az xəbər verir ki, U-15 Liqasında keçirilməli olan “ASTA” FK – “Ulduz” (Mingəçevir) matçında qonaqlar meydana çıxmadığı üçün 0:3 hesablı texniki məğlubiyyət alıb.

Eyni hadisə U-14 Liqasında “Baku Sporting” FK – İOEUGİM (Sumqayıt) komandaları arasında da baş verib. Qonaqların oyuna gəlməməsi 0:3 hesablı texniki məğlubiyyətə səbəb olub.

U-17 Qızlar Liqasında “Dinamo” (Balakən) – “Neftçi” PFK görüşü keçirilsə də, meydan sahibləri texniki məğlubiyyət alıb – 0:3. Buna “Dinamo”nun oyun zamanı qeydiyyatda olan oyunçunun yerinə başqa futbolçunu meydana buraxması səbəb olub.

“Araz Naxçıvan”la qarşılaşmalı olan “Record club” futzal klubu da texniki məğlubiyyət alıb. Futzal üzrə Yüksək Liqanın XIX turunda meydana çıxmaqdan imtina edən “Record club”a 0:5 hesablı məğlubiyyət verilib. Bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Record club” yarışlardan kənarlaşdırılıb.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC