Taekvandoçularımız Prezident kubokunda 6 medal qazanıb

Yeniyetmələrdən ibarət taekvando üzrə Azərbaycan milli komandası Estoniyanın paytaxtı Tallinndə keçirilən Prezident kubokunda 6 medal qazanıb.

Presssport.a Azərbaycan Taekvando Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın ilk günündə yığmamızın 6 idmançısı fəxri kürsüyə yüksəlib.

Yığmamızın heyətində bütün rəqiblərinə qalib gələn Novruz Əliyev (45 kq) qızıl medala sahib olub. Yalnız finalda məğlub olan Anar Abdullazadə (37 kq) və Çingiz Həsənov (53 kq) ikinci yeri tutublar. Gülay Əliyeva (44 kq), Gülnar Rəsulzadə (47 kq) və Sərxan Talıbzadə (65 kq) isə bürünc medalla kifayətlənib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC