Cüdoçumuz Avropa çempionatında finala vəsiqə qazanıb

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında Azərbaycanın 2 cüdoçusu bürünc, 1-i isə qızıl medal uğrunda mübarizəni davam etdirir.

Presssport.az xəbər verir ki, yarışın son günündə 90 kq çəki dərəcəsində Elcan Hacıyev finala vəsiqə qazanıb. O, qızıl medal uğrunda Kristian Totla (Macarıstan) görüşəcək.

90 kq çəkidə mübarizə aparan digər təmsilçimiz Murad Fətiyev və Zelim Kotsoyev (100kq) isə yarımfinala qədər irəliləyib. 

Lakin idmançılarımız həlledici mərhələyə gedən yolda uduzduqları üçün bürünc mükafat uğrunda yarışacaq. Fətiyev Laşa Bekauri (Gürcüstan), Kotsoyev isə Maykl Korrell (Niderland) ilə döyüşəcək. 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC