Kapitan "Kəpəz"lə bağlı bədbin düşünənləri yanıltdıqlarını açıqladı: "Üstünə getsək, təbii ki, onu ”sındırmış" olarıq"

“Açığı, Tovuzdakl matçda Cavadla azarkeşlər arasında epizodu görmədim. Sonradan məsələni bildim. Həm futbolçumuzla, həm də azarkeşlərimizlə danışdım. Onlara da dedim ki, ola bilər belə hal olsun, kiçik qardaşımızdı yoluna qoymaq olar. Səhv edə bilər, perspektivli futbolçudu, üstünə getsək, təbii ki, onu ”sındırmış" olarıq. Səhvini cavan olduğuna görə keçmək olar".

Bu fikirləri Presssport.az-a açıqlamasında “Kəpəz”in kapitanı Vurğun Hüseynov deyib. 

Premyer Liqada XXXI turda “Sabah”la Tovuzdakı matçda gənc hücumçuları Cavad Kərimovla azarkeşlər arasında olan insidenti şərh edən təcrübəli futbolçu matçdan sonra tərəfləri dinləməyi vacib sayıb: “Azarkeşlər dedi ki, Cavad meydana girəndən sonra bizə əliylə jest elədi. Cavadla da danışdım, dedi ki, vallah, elə bir jest elədim. Ola bilər anlaşılmazlıq olub. Məsələni elə ordaca yoluna qoyduq, hər şey yoluna düşdü. Təbii ki, azarkeşlər sağ olsunlar, uzun yol gəliblər, hər zaman yanımızda olurlar. Bizim də borcumuzdu ki, onlara hansısa bir məqamda ”sağ ol" deyək - ya əl hərəkətiylə, ya da qol vuranda onlarla sevincimizi bölüşək. Təbii ki, gəncdi, belə şeyləri keçmək olar. Düşünürəm ki, o, həm yaxşı uşaqda, həm də yaxşı futbolçu olacaq. Ona dərhal tövsiyələrini çatdırdım. Düşünürəm ki, gələcəkdə belə şeylər olmayacaq. Tovuz doğma şəhərimdi, rayonumdu. Sağ olsun, dost-tanışlar, bizi tanıyanlar gəlib oyunumuza baxırlar. Tovuzda olmaq mənim üçün həmişə xoşdu".

36 yaşlı Hüseynov hazırkı baş məşqçisi Adil Şükürovdan razılığını ifadə edib: "Onunla mənimlə çox yaxşıdı. İlk gələn günündən mənimlə belə bir söhbəti oldu. Onu tanıyrdım, düşünürəm ki, o da məni əvvəldən tanıyırdı. Hər şey bizim üçün çox yaxşı oldu, Belə olmasaydı, komanda açıq deyim ki, bu qədər çətinliklərə baxmayaraq, bu yerdə, axırıncı pilləylə arasında bu qədər xal fərqi olmazdı. Təbii ki, hər kəs düşünürdü “Kəpəz” sonuncu yerdə olacaq. Çünki həm şətait, həm maddiyyat baxımından vəziyyət göz önündədi. Sponsoru, stadionu olmayan bir komandadı. Lakin bu qədər çətinliklərə baxmayaraq, yaxşı kollektiv, yaxşı ailə olduq. Bizə qarşı düşünənləri yanıtdıq. Əslində, məni bura gətirən Azər Məmmədov da yaxşş məşqçi, yaxşı insandı. Futboldu da, bir məşqidə alınır, birində yox. Təbii ki, hərənin öz sistemi, futbola öz baxışı var. Hər ikisi mənim üçün dəyərlidi, yaxşı məşqçi olub".  

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC