Mövsümün oyununa doğru: "Qəbələyə 1 yox, 3 xal üçün gedəcəyik"

“Kəpəz" bu gün “Qəbələ” səfərində eyniadlı kollektiv ilə oynayacaq. 

Presssport.az xəbər verir ki, qarşıdakı oyunda alınacaq uyğun nəticə gəncəlilərin Premyer Liqada qalmasını təmin edəcək. 

“Kəpəz”in mətbuat xidməti matçln əhəmiyyətini nəzərə alaraq baş məşqçi Adil Şükürov və kapitanlardan açıqlama götürüb:

▫️Adil Şükürov: “Həqiqətən də qarşıdakı matç mövsümün oyunu ola biləcək bir qarşılaşmadı. Bizim üçün çox vacibdir ki, “Qəbələ”yə qarşı gücümüzü göstərək və üstünlüyümüzü möhkəmləndirək. Öz oyunumuzu fikirləşməliyik və komandanın elitada qalacağını artıq tam olaraq rəsmiləşdirmək istəyirik. Amma bu da asan olmayacaq, bizi çətin görüş gözləyir. “Qəbələ” bu oyuna köklənib və sırf “Kəpəz”lə matçı gözləyirlər. Hər bir xal çox dəyərlidir, qızıla bərabərdi. Yəni ora 1 yox, 3 xal üçün gedəcəyik. Həm öz oyunumuzu nümayiş etdirməliyik, həm də bizə lazım olan nəticəni qazanmalıyıq.”

▫️Vurğun Hüseynov: “Fikrimiz çətin Qəbələ səfərindən yaxşı nəticə ilə qayıtmaqdı. Məşqlərimiz də bu yöndə olub, çalışmışıq ki, baş məşqçimizin tapşırıqlarını tam yerinə yetirək. Çətin oyun olacaq. Baxmayaraq ki, “Qəbələ” sonuncu pillədədir və arada böyük xal fərqimiz var. Amma rahat deyilik, bu oyuna tam ciddi yanaşırıq. Səfərdə xal və ya xallar qazanacağımıza inanırıq. Təbii ki, onların da az da olsa elitada qalmaq şansları var. Bunu dərk edirik. Ona görə hazırlaşırıq. Düşünürəm ki, çox maraqlı oyun olacaq. Onlar da, biz də istəkli olacağıq. Sevinən tərəf biz olmalıyıq”.

▫️Yeqor Xvalko: “Prinsipcə, “Qəbələ” ilə bütün oyunlarımız mübarizəli alınır. Matçlarımız döyüşkən keçir. Bir oyunda 3:0 hesabıyla qalib gəlsək də, heç də asan olmamışdı. Qələbələri əziyyət çəkərək qazanmışıq. Qarşıdakı görüşə də ciddi hazırlaşmışıq. Bizə qələbə lazımdı. Premyer Liqada qalmağımızı rəsmiləşdirmək istəyirik. Əslində daha çox xal yığmaq əzmindəyik. 8-ci pilləyə yüksəlmək imkanımız da var. Turnir cədvəlində bizdən öndə olan “Araz Naxçıvan”ı keçə bilərik. Ona görə də çalışacağıq ki, qalib gələk".

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC