"Sumqayıt" "Qarabağ"la matçla bağlı azarkeşlərə müraciət etdi

Azərbaycan Premyer Liqasının XXXII turu çərçivəsində keçiriləcək “Sumqayıt” – “Qarabağ” matçına azarkeş marağının kifayət qədər böyük olduğundan arenanın tam dolacağı gözlənilir.

Presssport.az xəbər verir ki, "kimyaçılar" bu səbəbdən oyuna gələcək fanatlara müraciət edib. Müraciətdə bunlar qeyd olunub:

"Stadion ərazisinə giriş bir istiqamətdən – kassanın yanından 6 bilet yoxlanış nöqtəsindən həyata keçiriləcək. Sizdən xahiş edirik ki, yoxlanışdan keçib stadion ərazisinə daxil olduqdan sonra biletin üzərində yazılmış sektora uyğun qapıya yaxınlaşasınız.

Bu həm sizin, həm də təhlükəsizlik yoxlanışı aparan əməkdaşların işini asanlaşdıracaq. Sektorları tapmaq üçün ərazidəki könüllülərə müraciət edə bilərsiniz. Anlayışınız üçün təşəkkür edirik!"

Xatırladaq ki, "Sumqayıt" - "Qarabağ" oyununa saat 20:00-da start veriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC