"Qəbələ"nin sonuncu olması dəqiqləşdi

Azərbaycan Premyer Liqasında 2023/24 mövsümündə sonuncu yerin sahibi müəyyənləşib.

Presssport.az xəbər verir ki, bu, keçən mövsüm Azərbaycan Kubokunu qazanan “Qəbələ” olub.

“Qırmızı-qaralar” az öncə “Kəpəz”ə evdə uduzmaqla (0:1) 10-cu yerdən yuxarı qalxmaq şanslarını tam itiriblər. Belə ki, sona 4 tur qalmış 9-ci yerlə xal fərqini aradan qaldırmaq mümkün olmayacaq.

Reqlamentə görə, son pillənin sahibi I Liqaya düşməlidi. Bununla bağlı yekun qərarı mayın əvvəlində keçiriləcək AFFA İcraiyyə Komitəsinin iclasında veriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC