"Qarabağ" Sumqayıtdan məğlub dönür

Bu gün Premyer Liqada XXXII turun 2-ci oyun gününə yekun vurulub.

Presssport.az xəbər verir ki, günün son matçı Sumqayıtda olub.

Belə ki, medallar uğrunda mübarizə aaparan “Sumqayıt” artıq çempion olan "Qarabağ"ı qonaq edib. Baş məşqçisi Samir Abasovun yoxluğunda, dolu tribunlaar önündə vacib qələbə qazanan sumqayıtlar turnir cədvəlində 2-ci pilləni “Neftçi”nin əlindən ala bilib.

Xatırladaq ki, tur sabah 1 görüşlə başa çatacaq. 

28 aprel (bazar)

20:00. “Sumqayıt” – “Qarabağ” 1:0 

Qol: R.Kehat, 70.

Hakimlər: Rauf Cabarov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamranbəy Rəhimov

VAR: Tural Qurbanov
AVAR: Pərvin Talıbov

Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

"Sumqayıt": 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 12. Abu Dosso, 4. İsa Suliman, 9. Erik Sorqa, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 11. Kazimir Ninqa, 58. Oktavio Manteka, 10. Kamran Əliyev, 23. Cordan Rezabala, 60. Tresor Mossi.
Məşqçi: Mübariz Orucov.
"Qarabağ": 99. Andrey Lunyov, 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 7. Yassin Benzya, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC