Atletlərimiz Türkiyədə növbəti medalları qazanıb

Atletika üzrə Azərbaycan millisinin üzvləri Türkiyənin Antalya şəhərində keçirilən "Olimpik deneme" yarışında uğurlu çıxışı davam etdirib.

Presssport.az xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışın ikinci günündə 200 metr məsafəyə qaçışda Əlhəm Nağıyev bütün rəqiblərini geridə qoyaraq finişə birinci çatıb.

Qadınların mübarizəsində Lamiyə Vəliyeva 200 metr məsafəyə qaçışda hamıdan sürətli olaraq yarışın qalibi adını qazanıb. Fəridə Rzayeva isə 3-cü yeri tutub.

Üçtəkanla tullanma yarışının yekununda Rüstəm Məmmədov 2-ci pillədə qərarlaşıb.

Toğrul Şahtatinski isə U-16 kateqoriyasında disk atma və nüvə itələmədə ən yüksək nəticə göstərərək, hər iki növdə qızıl medallara sahib çıxıb.

Xatırladaq ki, yığma üzvləri turnirin ilk günündə də müxtəlif əyarlı mükafatlar qazanıb. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC