"Real"ın futbolçusu AVRO-2024-ü buraxası olacaq

Belçika milli komandasının qapıçısı Tibo Kurtua AVRO-2024-də iştirak etməyəcək.

Presssport.az xəbər verir ki, adıçəkilən yığmanın baş məşqçisi Domenike Tedesko cari mövsümdə rəsmi matçlarda iştirak etməyən "Real"ın təcrübəli qolkiperini zədə səbəbindən heyətə daxil etməyəcəyini açıqlayıb: "Bu mövzu ilə bağlı daha əvvəl də açıqlama vermişəm. Zədəli olmayan və yaxşı formada olan oyunçulara köklənmişik".

Xatırladaq ki, Kurtua mövsümün əvvəlində diz çarpaz bağları qopduğu üçün uzun müddət yaşıl meydanlardan uzaq qalmışdı. 31 yaşlı qapıçı martda bərpa prosesində olarkən yenidən zədələnib.
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC