"Xəzri"dən qələbəylə start

Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib.

Presssport.az xəbər verir ki, növbəti oyun günündə "Xəzri" və “Sərhədçi” üz-üzə gəlib.

"Sərhədçi" İdman Mərkəzində keçirilən 1/4 final matçında birincilər 98:64 hesablı qələbəyə sevinib.

Komandalar arasında 2-ci oyun mayın 3-də baş tutacaq.

Ötən gün "Xırdalan" 1/4 finalın digər oyununda "Neftçi"yə 80:75 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, pley-off seriyasında iki qələbə qazanan klublar yarımfinala yüksələcək. Seriyada bərabərlik olarsa, o zaman 3-cü oyun gerçəkləşəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC