Azərbaycan "Prezident Kuboku 2024” beynəlxalq reqatasında 4-cü medalı qazanıb

Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasında Azərbaycan komandası növbəti medalı qazanıb.

Presssport.az xəbər verir ki, İbrahim Məmmədzadə və Sərhad Fərhadlı iki nəfərlik kayak yarışında bürünc mükafata sahib çıxıb.

Onlar 2010/11 təvəllüdlü idmançıların 200 metr məsafəyə mübarizəsində fərqlənib.

Bu yerdə bildirək ki, Azərbaycan idmançıları daha əvvəl 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edib.

Xatırladaq ki, bu gün başa çatacaq turnirdə 21 ölkə təmsilçiləri qüvvəsini sınayır. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC