"Qarabağ"ın rəqibi 18 yaşlı futbolçuyla müqavilə imzaladı

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi "Braqa"da yeni müqavilə imzalanıb. Presssport.az xəbər verir ki, Portuqaliya təmsilçisi Fransisko Çissumbanın sözləşməsinin müddətini uzadıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı sol cinah müdafiəçisi 2028-ci ilin yayına kimi braqalılara məxsus olacaq.

“Braqa” Çissumbanı 2019-cu ilin yayında "Palmeyras" akademiyasından transfer edib.

Xatırladaq ki, “Qarabağ”ın “Braqa”ya qarşı ilk oyunu fevralın 15-də səfərdə, cavab görüşünü evdə keçirəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC