"Bayer"in məğlubiyyətsizlik seriyasının davam etməsinə şadam" - Lunyov

“Qarabağ”ın qapıçısı Andrey Lunyov bu mövsüm Avropa Liqasında 4 dəfə qarşılaşdığı sabiq klubu "Bayer"in davam edən məğlubiyyətsizlik seriyasından (49 oyun) danışıb.

Presssport.az xəbər verir ki, öz ölkəsinin mətbuatına açıqlama verən rusiyalı futbolçu Leverkuzen klubunun əldə etdiyi fantastik nəticəyə şərh verib: "Bayer" - "Roma" matçına (2:2) baxmamışam, amma icmalı izlədim. Təəccübləndiyimi söyləməyəcəm, amma "Bayer"in məğlubiyyətsizlik seriyasının davam etməsinə şadam. İlk oyundan sonra çox az adam “Bayer”in daha da irəliləyəcəyinə şübhə edirdi. Təbii ki, mövsümdən əvvəl “Bayer”in məğlubiyyətsiz belə bir seriya yaşayacağını gözləmirdim. Amma komandanın ən yüksək yerlər uğrunda mübarizə aparacağını ehtimal edirdim".

Lunyov Avropa Liqasının finalında gözəl futbola köklənəcəyini açıqlayıb: "Həm də Aleksey Mirançukun (“Atalanta”) özünü ən yaxşı tərəfdən göstərməsini istəyirəm. Digər tərəfdən isə çox istəyirəm ki, “Bayer” bu il qalib gəlsin və trebl əldə etsin. Çünki belə bir fürsət var”.

Xatırladaq ki, “Qarabağ” Xabi Alonsonun komandasıyla əvvəlcə qrup mərhələsində (1:5, 0:1), sonra 1/8 finalda (2:2, 2:3) qarşılaşıb.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC