O da dayandı, heç kim olmadı

Azərbaycan Premyer Liqasında cari mövsümdə əvəzolunmaz futbolçu olmayacaq.

Presssport.az xəbər verir ki, arxada qalan XXXIII turda daim meydanda olan tək futbolçu - 2970 dəqiqə oynayan “Zirə”nin braziliyalı qapıçısı Tyaqo Silvanın rekord seriyası qırılır.

Buna səbəb Tyaqonun keçən turda “Turan Tovuz”la səfər matçında cari çempionatda 4-cü sarı vəqərəni alaraq cəzalı duruma düşməsidi. Nəticədə qolkiper artıq çempion olan “Qarabağ”la Zirədəki bugünkü görüşü kənardan izləməli olacaq. 

Tovuzdakı görüşdə bir neçə dəfə xəsarət alaraq tibbi yardıma ehtiyac duyan Silva zədəyə görə əvəzlənməsə də, son saniyələrdə yersiz "sarı" aldı. Belə ki, meydanın mərkəzində olan insidentə tərəf gələn “sambaçı” 90+6-cı dəqiqədə qeyri-idman hərəkətinə görə baş hakim Elçin Məsiyev tərəfindən rəsmi xəbərdarlıq aldı. 

Onu da bildirək ki, 24 yaşlı Silva debüt mövsümünü keçirdiyi Premyer Liqamızda ən az top buraxan qapıçıcıdı - 21. Onun oyun seriyası hətta Azərbaycan Kubokunda qırılmayıb. Belə ki, Tyaqo bu turnirdə hər 5 matçda əvəzolunmadan çıxış edib və komandasıyla finala vəsiqə qazanıb. Həmin oyunda “Qarabağ”la görüşəcəklərini nəzərə alsaq, Silva bu rəqibə qarşı cari mövsümdə yenə oynaya bilməyəcək. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC