Vüsal İsgəndərlinin komandası Super Liqa uğrunda pley-off matçlarında iştirak edəcək

Millimizin futbolçusu Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor" Türkiyə I Liqasında XXXIV tur oyununu keçirib.

QOL.az xəbər verir ki, komanda son turunda "Çorum"a 2:1 qalib gəlib. 

Vüsal sonadək ehtiyatda qalıb.

Bu qələbə sayəsində "Boluspor" xallarının sayını 53-ə çatdırıb və mövsümü 7-ci pillədə başa vurub. Bununla da "Boluspor" Super Liqaya vəsiqə uğrunda pley-offda iştirak etmək hüququ qazanıb. Komanda pley-offda "Bodrumspor"la qarşılaşacaq. 

Pley-offun ilk oyunları mayın 19-da, cavab görüşləri bundan 4 gün sonra keçiriləcək.

Xatırladaq ki, I Liqada lider olan “Eyüpspor” və 2-ci yeri tutan “Göztəpə” Super Liqaya birbaşa vəsiqə qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC