"Qarabağ" Premyer Liqada rekordunu təkrarladı, yeniləmək fürsəti qazandı

"Qarabağ" Azərbaycan Premyer Liqasında rekordunu təkrarlayıb.

Presssport.az xəbər verir ki, Ağdam təmsilçisi buna XXXIV turda "Zirə"ni səfərdə 1:0 hesabı ilə məğlub etməklə nail olub.

"Köhlən atlar" çempionatda 2023/24 mövsümündə 91-ci qolunu vurub. 

Bununla da ölkə çempionu tarixinin rekordunu təkrarlayıb. Belə ki, ağdamlılar 2022/23 mövsümündə də 91 dəfə fərqlənib. Həmin göstəricini təkrarlayan “Qarabağ” qarşıdakı iki turda rekordunu yeniləmək imkanına malikdi.

Xatırladaq ki, çempion son iki turda “Turan Tovuz”la evdə, “Araz-Naxçıvan”la səfərdə qarşılaşacaq.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC