Kapitan AFFA İcraiyyə Komitəsinə müraciət etdi: "İnanıram elə qərar verəcəklər ki, "Qəbələ" kimi klubu itirməyəcəyik"

"Qəbələ"nin kapitanı Ürfan Abbasov Premyer Liqanın XXXIV turunda “Sabah”ı 2:0 hesabıyla məğlub etdikləri matçdan sonra müsahibə verib. Presssport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, təcrübəli müdafiəçi əvvəlcə görüş haqda düşüncələrini bölüşüb

- Güclü rəqibə qarşı oynayırdıq. Turnir cədvəlində yaxşı yerdədirlər. Ötən tur "Səbail" üzərində qələbə qazandıq. Bunun nəticəsində bizə özgüvən gəlmişdi. Həm də ev oyunu idi. Daha rahat oynayacağımızı bilirdik. Oyun rahat keçdi, ilk hissədə qollar vurduq. İkinci hissədə də yetərincə qol epizodumuz oldu. Təssüf ki, dəyərləndirə bilmədik.

- "Qəbələ"nin Premyer Liqadan düşməsi rəsmiləşəndən sonra komanda iki oyunda da qələbə qazanıb. baş verdi?
- Əvvəl də bərbad oyun göstərmirdik. Təəssüflər olsun ki, əlimizə düşən fürsətlərdən istifadə edə bilmirdik. Son iki oyunda rahatlıqdan bəlkə də əlimizə düşən fürsətləri dəyərləndirdik. Bunun nəticəsində qələbə qazanırıq.

- baş verdi ki, "Qəbələ" bu duruma düşdü?
- Məğlub olduqca inamsızlıq yaranırdı. Elə oyunlar var idi ki, qalib gəlməli idik. Misal çəkim, "Neftçi" ilə Qəbələdəki matçda 90 dəqiqə futbol oynadıq. Rəqib isə bizi bir dəfə əks-hücumda yaxaladı və qələbə qazandı. "Kəpəz"lə matça baxaq. Biz oynayırıq, rəqib inanılmaz, yarım epizoddan qol vurub qələbə qazanır. Belə oyunlar çox idi.

- Son nöqtəni qoya bilməməyin səbəbi bəxtsizlik idi, yoxsa ustalıq səviyyəsi?
- Bəzən bəxtsizlik olurdu, bəzən hansısa epizodlarda ustalıq səviyyəmiz çatmırdı. Təssüflər olsun ki, bu vəziyyətdəyik.

- AFFA İcraiyyə Komitəsinin iclası olacaq. Gözləntilərin nədi?
- İclası gözləyirik. Ümid edirik ki,  xeyrimizə yaxşı qərar verilər. 

- "Qəbələ"nin kapitanı olaraq İcraiyyə Komitəsinə müraciətin var?
- "Qəbələ" Azərbaycan futboluna yaxşı futbolçular yetişdirib. İnfrastruktur baxımından bu klub digər klublardan yaxşıdı. İnanıram elə qərar verəcəklər ki, "Qəbələ" kimi klubu itirməyəcəyik.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC