I Liqada VAR sistemindən istifadə olunacaq

I Liqada bu həftəiçi keçiriləcək “Qaradağ Lökbatan” – “Şamaxı” oyununda VAR (Video Köməkçi Hakim) sistemindən istifadə olunacaq.

Presssport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Çempionluq yolunda böyük əhəmiyyət kəsb edən bu qarşılaşma mayın 16-da Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda saat 17:00-da keçiriləcək.

Xatırladaq ki, sona 2 tur qalmış “Qaradağ Lökbatan” 53 xalla liderdi. Rəqibindən 2 xal az toplayan qonaqlar 2-ci pillədə qərarlaşıb.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC