Polşalı şahmatçı Vüqar Həşimov Memorialında iştirak edə bilməyəcək

Polşalı şahmatçı Yan Kşiştof Duda (2732) Şuşada keçiriləcək Vüqar Həşimov Memorialında iştirak edə bilməyəcək.

Presssport.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.

Şahmatçı səhhətiylə əlaqədar yarışa qatıla bilməyəcək. Hazırkı vəziyyətdə sağlamlığı ona bu imkanı vermir.

Xatırladaq ki, Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə keçiriləcək Vüqar Həşimov Memorialı sayca 10-cu dəfə baş tutacaq. Ənənəvi yarışa əvvəlki illərdə Şəmkir, Bakı və Qəbələ ev sahibliyi edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC