Region Liqasının finalçıları debütantlar oldu

AFFA-nın keçirdiyi Region Liqasında finalçılar bəlli olub.

Presssport.az xəbər verir ki, bunlar turnirin debütantları - Bakı "Hypers"iylə Xaçmaz "Şimal"ı olub.

Hər 2 komanda paytaxtdakı yarımfinal matçlarından eynihesablı qələbəylə ayrılıb. Belə ki, "Hypers" ASCO Arena"da Saatlı "Ümid"ini 2:0 hesabıyla məğlub edib. “Şimal” isə “ASK Arena”da Qazax “Göyəzən”ini həmin hesabla üstələyib.

Final mayın 24-də saat 16:00-da Şamaxı şəhər stadionunda keçiriləcək. Qalib ölkəmizi bu il UEFA Region Liqasında təmsil edəcək. 

Onu da bildirək ki, "Hypers"i millimizin sabiq futbolçusu, məşqçi kimi debüt mövsümünü keçirən Vüqar Nadirov çalışdırır. "Şimal"ın baş məşqçisi Tural Cəlilov isə keçən mövsüm "Qusar"da oynayan məşçqi kimi Region Liqasının qalibi olub. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC