Premyer Liqada son turun proqramı bəlli olub - Mərdəkanda oyunun olmamasının səbəbi də bilindi

Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünün sonuncu - XXXVI turunun oyun cədvəli açıqlanıb.

Presssport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmalar 2 gündə - 25 və 26 mayda keçiriləcək.

25 may (şənbə)
19:00. “Zirə” – “Səbail”
Zirə İdman Kompleksinin stadionu
19:00. “Neftçi” – “Sabah”
“Neftçi Arena”
19:00. “Sumqayıt” – “Qəbələ”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

26 may (bazar)
17:00. “Turan Tovuz” – “Kəpəz”
Tovuz şəhər stadionu
19:30. “Araz-Naxçıvan” – “Qarabağ”
“Azərsun Arena”
Onu da bildirək, Azərbaycan Kubokunun final oyunu ilə bağlı Mərdəkandakı “Liv Bona Dea Arena”da aparılan işlər və Premyer Liqanın 2023/24 mövsümünün mükafatlandırma mərasimi ilə bağlı XXXVI turun “Araz Naxçıvan” - “Qarabağ” oyunu “Azərsun Arena”da reallaşacaq.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC