Boksçularımız Macarıstanda beynəlxalq turnirdə iştirak edəcək

Boks üzrə gənclərdən ibarət Azərbaycan milli komandası Macarıstanda beynəlxalq turnirdə iştirak edəcək.

Presssport.az Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yeniyetmə və gənc boksçular arasında baş tutacaq yarışda baş məşqçi Elbrus Rzayev Tağı Nəsibov (60 kq), Abbasqulu Şadlinski (71 kq), Hüseyn Hüseynli (80 kq) və Ruslan Qəhrəmanova (86 kq) şans verəcək.

Bu gün Eqer şəhərində start götürəcək yarışın final döyüşləri mayın 17-də keçiriləcək.

Qeyd edək ki, komandamız mayın 18-də Bakıya dönəcək.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC