"İlk qolda kobud səhvim oldu, ikincidə də xətam vardı" - kapitanın etirafı

"Turan Tovuz"un kapitanı Kamran Bayramov Premyer Liqanın XIX turundan sonra Presssport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının da iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb. Təcrübəli qapıçı əvvəlcə görüşlə bağlı fikirlərini söyləyib.

- Oyunun çətin olacağını bilirdik. Bir sıra zədəli futbolçumuz var idi. Bir neçə oyunçu var idi ki, təlim-məşq toplanışını buraxmışdı. Onlar son iki-üç gündə məşq etmişdi. Veysəl Rzayev ümumiyyətlə komandaya qoşulmamışdı. Belə çətinliklərimiz var idi. Amma bu, məğlubiyyətə əsas gətirmir. Digərləri də layiqli futbolçulardır ki, komandamızda yer alırlar. Fikrimcə, oyunun qırılma nöqtəsi qırmızı vərəqə idi. Bu olmasaydı, indi başqa nəticə haqda danışa bilərdik.

- Oyundan sonra qırmızı vərəqəyə görə Faiq Hacıyevlə söhbət etdiniz?

- Yox. Bu, futboldu, belə şeylər olur. İstəmədən belə alındı. Futbolçu özü də istəməzdi ki, 10-cu dəqiqədə komandasını azlıqda qoysun. O, komandaya kömək etmək istəyirdi. Təəssüf ki, belə alındı. Hardasa təcrübəsizlik öz sözünü dedi. Çünki epizod qapıdan xeyli aralıda idi.

- Paltardəyişmə otağında ab-hava necə idi?

- Baş məşqçimiz bizimlə söhbət etdi. İlin ilk turudur. İlk turlar adətən çətin olur. Bizi qarşıda uzun marafon gözləyir. Bu psixoloji durumda qalıb "sınmaq" olmaz.

- İkinci qolu yaxın küncdən buraxdın. Həmin epizodu necə şərh edərdin?

- Həmin qolda kobud səhvimi qeyd edərdim. Ümumiyyətlə hər iki qolda xətam var idi.

- Həm baş məşqçiniz, həm sən, həm də klub rəsmiləri hakimliklə bağlı tez-tez narazılıqlar edir. Düşünmürsən ki, buna görə hakimlər sizi cəzalandırır?

- Ümumiyyətlə, bu haqda danışmaq istəmirəm. Çünki hakimlik haqda çox danışmışıq. Götürək "Zirə" ilə kubok matçındakı qol epizodunu. Nəinki bizim, bir sıra ölkələrdə yüksək liqalarda oyun idarə edən hakimlər həmin epizodda cərimə zərbəsi olduğunu bildirirlər. Sadəcə, adlarını çəkmək istəmirəm. Yalnız bizdəki hakimlər həmin epizodu qol kimi qeydə alıblar. Məncə, faydası olmayan bir şey haqda çox danışmağa ehtiyac yoxdu.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC